watermark logo

Talıb Tale - Bilməsəm

28 ziyaret
Melike Yaman
Melike Yaman
21 Oct 2020

⁣Günüm, sevgin olsun hər yanım,
Hər duyğuna olum xəyalın,
Gecəm keşiyində dayanım,
Sabahım səninlə oyanım.

Tanrı bir həyat verdisə,
Həyatım səndən ibarət.
Bu canı ürək isidirsə,
Sən ürəyimdəki hərarət.

Bu ömür bağımda qur sən,
Bəxtimə qurulan imarət.
Sevgilim səni itirsəm,
Həyatım tamam olar qarət.

Əlini tuta bilməsəm,
Dizində yata bilməsəm,
Sevib səni, sevilməsəm,
Bu dünyanı mən neynirəm?

Əlini tuta bilməsəm,
Dizində yata bilməsəm.
Sənlə həyata gülməsəm,
Bu dünyanı mən neynirəm?

Ömür keçir fəsil-fəsil,
Sən bu ömrümə ilk bahar.
Sevgilim bir səninlə, bil,
Açar çiçəkli arzular.

Cənnət gülün qucaq-qucaq,
Sənsiz qoxusam nəyə yarar?
Ömür kitabın vərəq-vərəq,
Sənsiz oxusam nəyə yarar?

Əlini tuta bilməsəm,
Dizində yata bilməsəm,
Sevib səni, sevilməsəm,
Bu dünyanı mən neynirəm?

Əlini tuta bilməsəm,
Dizində yata bilməsəm.
Sənlə həyata gülməsəm,
Bu dünyanı mən neynirəm?

Günüm, sevgin olsun hər yanım,
Hər duyğuna olum xəyalın,
Gecəm keşiyində dayanım,
Sabahım səninlə oyanım.

Əlini tuta bilməsəm,
Dizində yata bilməsəm,
Sevib səni, sevilməsəm,
Bu dünyanı mən neynirəm?

Əlini tuta bilməsəm,
Dizində yata bilməsəm.
Sənlə həyata gülməsəm,
Bu dünyanı mən neynirəm?
https://lyricstranslate.com

Daha fazla göster

0 Yorumlar Göre sırala

Hiçbir yorum bulunamadı

Facebook Yorumları